İntiharların ən yüksək həddə çatdığı ölkələrdən biri Cənubi Koreya sayılır. Cənubi Koreya OECD ölkələri arasında intihar sayina görə birinci yerdədir. Perfeksionizm koreyalıların xarakterik xüsusiyyətdir. İdeal çəkidə olmaq, ideal dəriyə sahib olmaq, üz cizgilərinin mükəmməl olması, statistikaya görə hər 5 koreyalı qadından biri həyatında ən azı bir dəfə plastik əməliyyat olunub, Seul plastik cərrahiyyənin paytaxtı sayılır. Fikir versəz hətta selfie üçün foto-proqramların əksəriyyəti belə koreya istehsalıdır. Bu proqramlar vasitəsi ilə üzünüzün ovalından tutmuş, dodaqlarınızın formasına qədər dəyişikliklər edə bilərsiniz. Həmçinin koreyalılar yüksək səviyyədə təhsilə böyük önəm verir və çox karyerist insanlardırlar. Belə bir cəmiyyətin nə mənfi cəhəti ola bilər ki? sualı yaranır. Statistikaya nəzər salaq: Mükəmməl təhsil sisteminə sahib olan bu ölkə tələbə intiharlarının sayına görə dünya üzrə 2-ci yerdədir. Bu ölkə həmçinin yüksək stressl...