К основному контенту

Perfeksionizm intihara gətirib çıxarırmı?


   İntiharların ən yüksək həddə çatdığı ölkələrdən biri Cənubi Koreya sayılır. Cənubi Koreya OECD ölkələri arasında intihar sayina görə birinci yerdədir.

   Perfeksionizm koreyalıların xarakterik xüsusiyyətdir. İdeal çəkidə olmaq, ideal dəriyə sahib olmaq, üz cizgilərinin mükəmməl olması, statistikaya görə hər 5 koreyalı qadından biri həyatında ən azı bir dəfə plastik əməliyyat olunub, Seul plastik cərrahiyyənin paytaxtı sayılır. Fikir versəz hətta selfie üçün foto-proqramların əksəriyyəti belə koreya istehsalıdır. Bu proqramlar vasitəsi ilə üzünüzün ovalından tutmuş, dodaqlarınızın formasına qədər dəyişikliklər edə bilərsiniz.

    Həmçinin koreyalılar yüksək səviyyədə təhsilə böyük önəm verir və çox karyerist insanlardırlar. Belə bir cəmiyyətin nə mənfi cəhəti ola bilər ki? sualı yaranır. Statistikaya nəzər salaq: Mükəmməl təhsil sisteminə sahib olan bu ölkə tələbə intiharlarının sayına görə dünya üzrə 2-ci yerdədir. Bu ölkə həmçinin yüksək stressli təhsil və iş mühiti olan ölkə kimi tanınır. Səbəb həmin mühitlərdə rəqabətin güclü olmasıdır. Heç kəs əlində olduğu ilə kifayətlənmir və daha yaxşı nəticə əldə etmək üçün çalışır. Rəqabət əlbəttə ki, müsbət haldır və inkişafa aparır. Lakin böyük gözləntilər əksər hallarda reallıqla üst-üstə düşmür və bu da çox zaman uçuruma aparır.

   Yaşadığımız dövrün ən əsas sloqanı olan "hər şey sənin öz əlindədir" insanı içdən dağıdan bir qüvvədir. Bu individualist yanaşma insana taleyinin yalnız öz əlində olduğu və tamamilə özü kontrol elədiyi təsəvvürünü yaradır. İnsanlar hər şeyi öz şəxsi uğurları və uğursuzluqları kimi qəbul edir.

     Belə nəticəyə gəlmək olar ki, perfeksionizm intihara gətirib çıxarır? Bilmirəm. Lakin perfeksionizm depressiyaya səbəb olur, perfeksionistin özü üçün qoyduğu yüksək standartlar reallaşmadıqda problemi özündə axtarmağa çalışır, nədə isə yetərli olmadığını düşünür və içinə qapanır. İnsan hər şeyin onun əlində olmadığını dərk etməlidir, ideal olmadığını. Məsələn genlərimiz, xəstəliklər, bədbəxt hadisələr və digər bizdən asılı olmayan amillər. Hər bir uğur və uğursuzluq tam olaraq bizim şəxsi keyfiyyətlərimizin nəticəsi deyil.

   Heç bir insan ideal deyil, ümümiyyətlə yer kürəsində ideal formada bir şey yoxdur, yer kürəsinin özü belə ideal kürə formasında deyil. Bu idealları biz özümüz yaradırıq. Məqsəd ən yaxşı olmaq deyil, özünü yaxşı hiss etməkdir.

Комментарии

Популярные сообщения из этого блога

Məğlubedilməz Türk, Kempelenin şahmat maşını

    "Meğlubedilmez Türk" 1769-cu ildə Volfqanq fon Kempelen tərəfindən hazırlanmış avtomat şahmat maşınıdır. Bu maşın üzərində şahmat lövhəsi olan taxta qutu ve onun arxasında oturan mumdan hazırlanmış türk geyimli fiqurdan ibarətdir. "Məğlubedilməz Türk" bir çox avropa şəhərlərində sərgilənmiş, məşhur şahmatçılar ilə oynamış və oyunların əksəriyətində qalib olmuşdur. "Meğlubedilməz Türk" hətta Napoleonla da oynayaraq ona qalib gəlmişdi.     Bu müəmmalı maşın ilk sərgiləndiyi gündən böyük maraq oyadır, lakin uzun illər onun mexanizminin necə işlədiyi sirr olaraq qalır.    Oyuna başlamazdan əvvəl qutunun qapıları açılaraq onun daxilindəki mürəkkəb mexanizm tamaşaçılara göstərilirdi. Əslində isə qutunun içində güclü şahmat oyunçusu oturur və türkü idarə edirdi. Şahmatçının görsənməməsi üçün qutunun künclərində güzgülərdən ibarət sistem quraşdırılmışdı ki, bu da vizual olaraq şahmatçını gizlədirdi. Şahmatçı rəqibinin oyununu görə bilmədiyi üçün şahmat f...

Best documentaries I've ever watched on Youtube

Mathematics is the queen of the sciences https://youtu.be/CurUo_u9XC4 Life that glows- bio-luminescence creatures https://youtu.be/ky1afkt7pE0 Empire of the ants https://youtu.be/RdPsVpD6b08 Human Brain. How smart can we get? https://youtu.be/BE53EkxKWpw Nomadic life https://youtu.be/rH8rZ0txnuY https://youtu.be/0pwwc_5qB9o https://youtu.be/bmUHLX-p_e4 Salvador Dali https://youtu.be/OkGfWZfRzWM TheWorld's most expensive stolen paintings https://youtu.be/eLYJkCct5G8 And some lectures Justice. What is right thing to do https://www.youtube.com/playlist?list=PL30C13C91CFFEFEA6 Human behavioral biology https://www.youtube.com/playlist?list=PL848F2368C90DDC3D Interviews and Ted talks Genetics and intelligence https://youtu.be/lev8dGnxvdw Alain de Botton ~ The School of Life https://youtu.be/DCS6t6NUAGQ https://youtu.be/2Oe6HUgrRlQ Charles Bonnet syndrome https://youtu.be/SgOTaXhbqPQ #BBCdoc #documentary #math #fibonaccinumbers #golden...

İnam və Vicdan hissi nəyə görə var?

  Mənə elə gəlir ki, insanın inam hissinə təbii tələbatı var, necə ki, sevgi hissinə, qidalanmağa tələbətı var.   Qədim zamanlardan, heç dinlərin yaranmadığı dövrlərdə insanlar təbii hadisələrə, bütlərə sitayiş edir, inanır, onlardan kömək istəyirdilər. Bunu qorxu hissi ilə əlaqələndirirlər. Mənim fikrimcə isə qorxudan deyil, qorxunun insanda yaratdığı əlacsızlıq hissidir ki, bu da insanı özündən daha ali, daha güclü bir varlıqdan kömək istəməyə vadar edir. İnsan əlacsız olduqda dərk edir ki, onun əlində olmayan şeylər var, onun idarə edə bilmədiyi.   Hər halda dünyada, qallaktikalarda bu mükəmməl düzəni idarə edən bir qüvvə var. Balaca bir qarışqa yuvasının necə mürəkkəb quruluşa malik olduğunu görmək üçün bu kiçik şüursuz canlılar haqqında hər hansı bir sənədli filmə baxmağınız yetərlidir. Qarışqaları insanlarla, insanları qallaktikalar ilə müqayisə etmək nə qədər gülünc gəlsə də, adi bir qarışqa yuvasını insan beyini idarə edə bilməyəcəyi durumda qallaktikaları...