К основному контенту

İnam və Vicdan hissi nəyə görə var?


  Mənə elə gəlir ki, insanın inam hissinə təbii tələbatı var, necə ki, sevgi hissinə, qidalanmağa tələbətı var.
  Qədim zamanlardan, heç dinlərin yaranmadığı dövrlərdə insanlar təbii hadisələrə, bütlərə sitayiş edir, inanır, onlardan kömək istəyirdilər. Bunu qorxu hissi ilə əlaqələndirirlər. Mənim fikrimcə isə qorxudan deyil, qorxunun insanda yaratdığı əlacsızlıq hissidir ki, bu da insanı özündən daha ali, daha güclü bir varlıqdan kömək istəməyə vadar edir. İnsan əlacsız olduqda dərk edir ki, onun əlində olmayan şeylər var, onun idarə edə bilmədiyi.

  Hər halda dünyada, qallaktikalarda bu mükəmməl düzəni idarə edən bir qüvvə var. Balaca bir qarışqa yuvasının necə mürəkkəb quruluşa malik olduğunu görmək üçün bu kiçik şüursuz canlılar haqqında hər hansı bir sənədli filmə baxmağınız yetərlidir. Qarışqaları insanlarla, insanları qallaktikalar ilə müqayisə etmək nə qədər gülünc gəlsə də, adi bir qarışqa yuvasını insan beyini idarə edə bilməyəcəyi durumda qallaktikaları idarə edə bilərmi və ya belə bir düzən qura bilərmi? İnsan iradəsindən daha üstün olan bir beyin, və ya bir qüvvə varmı?

  Tolstoyun əsərlərinin baş qəhrəmanlarının hər biri - Levin, Anna Karenina, Bolkonskiy, Pier - həyatın anlamının axtarışındadırlar. Əlsində bu obrazların hər biri Tolstoyun özüdür. Tolsoy "Müharibə və Sülh"ü, "Anna Karenina"nı yazdıqdan sonra uzun müddət depressiyaya düşür, həyatın anlamını itirir. Xristianlıqda gördüyü bəzi məntiqə uymayan şeylər onu gənc yaşlarında dindən uzaqlaşmağa vadar etmişdi. Yaşlı vaxtında isə "əgər Allah yoxdursa, əbədi dünya yoxdursa, öldükdən sonra basdırılacağıq və qurdlar cəsədimizi məhv edəcəksə bu dünyaya nə üçün gəlmişik?"

  Fikrimcə insan inamını itirəndə onun üçün ən ağır şey "əgər həyatdan sonra əbədi dünya yoxdursa bu qədər haqsızlıqlar nəyə görə yaşanır? Vicdan hissi nəyə görə var? Nə üçün günahsız insanlar bu dünyada haqsızlıqlara uğrayır? Yaxşılar da, pislər də layiq olmadıqlarını əldə edir?"  sualları ilə üz-üzə gəlməkdir. İnsanın inamı olanda ən azından bu dünyada olan haqsızlıqların əbədi dünyada balanslaşdırılacağı ümidi ilə yaşayır. İnamı itirdikdə isə bunların hamısının anlamı itir, bir sözlə həyatın anlamı itir. İnsani münasibətlərin əsasında duran mənəviyyat (morality) hissi mənasızlaşır və məhv olur. "Karamazov qardaşları"nda belə bir hissə var, deyir "əgər insanlarda əbədiyyətə inam hissini öldürsəz, yəni insanlar ölümdən sonrakı həyata inanmasa, heçnə mənəviyyatsızlıq (immoral) sayılmaz, hannibalizm belə. "

  Əgər ölümdən sonra həyat yoxdursa günah deyilən bir şey də yoxdur. Əgər belədirsə niyə insanda vicdan hissi var? Və bu vicdan hissi insanın cinayət işləməsini balanslayır. Mənim fikrimcə insanda olan vicdan hissi də, inam hissi də dünyanın düzəninin pozulmasının qarşısını almaq  məqsədini daşıyır.


Комментарии

Популярные сообщения из этого блога

Məğlubedilməz Türk, Kempelenin şahmat maşını

    "Meğlubedilmez Türk" 1769-cu ildə Volfqanq fon Kempelen tərəfindən hazırlanmış avtomat şahmat maşınıdır. Bu maşın üzərində şahmat lövhəsi olan taxta qutu ve onun arxasında oturan mumdan hazırlanmış türk geyimli fiqurdan ibarətdir. "Məğlubedilməz Türk" bir çox avropa şəhərlərində sərgilənmiş, məşhur şahmatçılar ilə oynamış və oyunların əksəriyətində qalib olmuşdur. "Meğlubedilməz Türk" hətta Napoleonla da oynayaraq ona qalib gəlmişdi.     Bu müəmmalı maşın ilk sərgiləndiyi gündən böyük maraq oyadır, lakin uzun illər onun mexanizminin necə işlədiyi sirr olaraq qalır.    Oyuna başlamazdan əvvəl qutunun qapıları açılaraq onun daxilindəki mürəkkəb mexanizm tamaşaçılara göstərilirdi. Əslində isə qutunun içində güclü şahmat oyunçusu oturur və türkü idarə edirdi. Şahmatçının görsənməməsi üçün qutunun künclərində güzgülərdən ibarət sistem quraşdırılmışdı ki, bu da vizual olaraq şahmatçını gizlədirdi. Şahmatçı rəqibinin oyununu görə bilmədiyi üçün şahmat f...

Axilles və tısbağa

   Qədim yunan filosofu Zenona aid belə bir aporia (məntiqlə düzgün, reallığa uyğun olmayan) var. "Əgər tısbağa müəyyən məsafədə Axillesdən öndədirsə, Axilles heç vaxt tısbağanı ötə bilməz".     Məsələn Axilles tısbağadan 10 dəfə tez gedir və o, tısbağadan 1000 addım geridədir. Axilles mininci addımı atarkən tısbağa yüz addım öndə olacaq, Axilles yüzüncü addımı atarkən tısbağa 10 addım öndə olacaq  və bu sonsuzadək belə davam edəcək, ən xırda hissəciklərə qədər.   Uşaq vaxtı arzularımız olur, bu arzulara çatmağımızın xəyallarını qururuq və gün gəlir çatırıq. Amma yenə də nə isə çatışmır indi gəldiyimiz yerdə. Niyə? Çünki bizim o arzunu arzuladığımız an, o vaxt üçün mükəmməldir. Həmən yaşadığımız andakı "biz" üçün mükəmməldir. Həmən andakı "biz"i Axilles kimi qəbul etsək, min addım "tısbağadan" , yəni,  arzuladığımız yerdən geridə olan "Axilles" kimi, mininci addıma yəni arzumuza çatdığımız vaxtda  "tısbağa", yəni arzuları...