К основному контенту

Məğlubedilməz Türk, Kempelenin şahmat maşını

   
"Meğlubedilmez Türk" 1769-cu ildə Volfqanq fon Kempelen tərəfindən hazırlanmış avtomat şahmat maşınıdır. Bu maşın üzərində şahmat lövhəsi olan taxta qutu ve onun arxasında oturan mumdan hazırlanmış türk geyimli fiqurdan ibarətdir. "Məğlubedilməz Türk" bir çox avropa şəhərlərində sərgilənmiş, məşhur şahmatçılar ilə oynamış və oyunların əksəriyətində qalib olmuşdur. "Meğlubedilməz Türk" hətta Napoleonla da oynayaraq ona qalib gəlmişdi.
    Bu müəmmalı maşın ilk sərgiləndiyi gündən böyük maraq oyadır, lakin uzun illər onun mexanizminin necə işlədiyi sirr olaraq qalır.
   Oyuna başlamazdan əvvəl qutunun qapıları açılaraq onun daxilindəki mürəkkəb mexanizm tamaşaçılara göstərilirdi. Əslində isə qutunun içində güclü şahmat oyunçusu oturur və türkü idarə edirdi. Şahmatçının görsənməməsi üçün qutunun künclərində güzgülərdən ibarət sistem quraşdırılmışdı ki, bu da vizual olaraq şahmatçını gizlədirdi. Şahmatçı rəqibinin oyununu görə bilmədiyi üçün şahmat fiqurlarına maqnit bərkidilmişdi. Şahmat lövhəsinin altında rəqibin fiqurlarının başlanğıc nöqtəsindən hər bir fiqura uyğun vertikal ipdən sallanmış metal diyircəklər var idi. Fiquru qaldırdıqda metal diyircək aşağı düşür, lövhənin üzərinə qoyan zaman isə fiqura bərkidilmiş maqnit diyircəyi özünə çəkirdi. Bunun vasitəsi ilə qutunun içindəki şahmatçı rəqibin oyununu izləyir və mexanizm vasitəsi ilə türkü idarə edərək öz oyununu oynayırdı.
   "Məğlubedilməz Türk"ü Uilyam Luis,  Aaron Aleksandr kimi dövrün ən güclü şahmat oyunçuları idarə edirdi. Napoleonu meğlub eden şahmatçı isə Johann Baptist Allgaier olmuşdu.

Комментарии

Популярные сообщения из этого блога

Best documentaries I've ever watched on Youtube

Mathematics is the queen of the sciences https://youtu.be/CurUo_u9XC4 Life that glows- bio-luminescence creatures https://youtu.be/ky1afkt7pE0 Empire of the ants https://youtu.be/RdPsVpD6b08 Human Brain. How smart can we get? https://youtu.be/BE53EkxKWpw Nomadic life https://youtu.be/rH8rZ0txnuY https://youtu.be/0pwwc_5qB9o https://youtu.be/bmUHLX-p_e4 Salvador Dali https://youtu.be/OkGfWZfRzWM TheWorld's most expensive stolen paintings https://youtu.be/eLYJkCct5G8 And some lectures Justice. What is right thing to do https://www.youtube.com/playlist?list=PL30C13C91CFFEFEA6 Human behavioral biology https://www.youtube.com/playlist?list=PL848F2368C90DDC3D Interviews and Ted talks Genetics and intelligence https://youtu.be/lev8dGnxvdw Alain de Botton ~ The School of Life https://youtu.be/DCS6t6NUAGQ https://youtu.be/2Oe6HUgrRlQ Charles Bonnet syndrome https://youtu.be/SgOTaXhbqPQ #BBCdoc #documentary #math #fibonaccinumbers #golden...

İnam və Vicdan hissi nəyə görə var?

  Mənə elə gəlir ki, insanın inam hissinə təbii tələbatı var, necə ki, sevgi hissinə, qidalanmağa tələbətı var.   Qədim zamanlardan, heç dinlərin yaranmadığı dövrlərdə insanlar təbii hadisələrə, bütlərə sitayiş edir, inanır, onlardan kömək istəyirdilər. Bunu qorxu hissi ilə əlaqələndirirlər. Mənim fikrimcə isə qorxudan deyil, qorxunun insanda yaratdığı əlacsızlıq hissidir ki, bu da insanı özündən daha ali, daha güclü bir varlıqdan kömək istəməyə vadar edir. İnsan əlacsız olduqda dərk edir ki, onun əlində olmayan şeylər var, onun idarə edə bilmədiyi.   Hər halda dünyada, qallaktikalarda bu mükəmməl düzəni idarə edən bir qüvvə var. Balaca bir qarışqa yuvasının necə mürəkkəb quruluşa malik olduğunu görmək üçün bu kiçik şüursuz canlılar haqqında hər hansı bir sənədli filmə baxmağınız yetərlidir. Qarışqaları insanlarla, insanları qallaktikalar ilə müqayisə etmək nə qədər gülünc gəlsə də, adi bir qarışqa yuvasını insan beyini idarə edə bilməyəcəyi durumda qallaktikaları...