К основному контенту

Сообщения

Сообщения за январь, 2019

Psixopat məntiqi

Psixopatı əsas səciyyələndirən cəhət bu şəxslərdə empatiya hissinin yoxluğudur. Beyində olan bu problem sayəsində psixopat özünü qarşısındakı insanın yerinə qoya bilmir, məsələn istəsə götürüb daşı balaca uşağın başına vura bilər, rahatlıqla kimi isə öldürə, xəsarət yetirə, təcavüz edə bilər. Bu o anlama gəlmir ki, bütün psixopatlar cinayətkardır. Sadəcə olaraq onlar öz istəklərinə uyğun davranırlar, özlərini başqalarının yerinə qoymadan, vicdan hissi duymadan. Statistikaya görə hər 100 nəfərdən biri psixopatdır. Bəzi fərziyyələrə görə psixopatiya anadangəlmə pozuntudur və tərbiyyə ilə heç bir əlaqəsi yoxdur. Bəzi fərziyyələrə görə isə bu pozuntu uşaqlıqda alınmış psixoloji travmaların nəticəsidir. Birinci fərziyyəyə görə beyinin emosiyalara cavabdeh olan amiqdala hissəsinin psixopatlarda normal insandan fərqli işləməsidir. Psixopatın beynini skan edərkən normal insanın beyni ilə müqayisədə amiqdala bölgəsinin gözə çarpacaq dərəcədə az aktiv olduğu görsənir.      Əsl...

Əjdəha və siçanlar

                 Çöllükdə yırtıcı vəhşi heyvanın əlinə keçən xəbərsiz bir yolçudan bəhs edən belə bir şərq nağılı var. Heyvanın əlindən qaçmaq istəyən yolçu boş quyuya atlanır, amma quyunun dibində ağzını açaraq onu udmağa hazırlaşan əjdəhanı görür. Yazıq yolçu heyvanın onu yeyəcəyindən qorxub quyudan çıxmağa ürək eləmir, nə də quyunun dibinə düşmür ki, əjdəha onu yeyər. Belə ki, o quyunun divarındakı çatın arasıdan bitən kolun budağından yapışaraq üstünə dırmaşır.  Onun qollarındakı gücü zəifləməyə başlayır və anlayır ki, tezliklə özünü onu hər iki tərəfdən gözləyən ölümə təslim edəcək. Buna baxmayaraq o yenə də dırmaşmağa davam edir və birdən ətrafına baxanda görür ki, budağından sallandığı kolun ətrafında davamlı dövrə vuran iki siçan, biri qara, biri ağ, kolu gəmirir. Tez ya da gec onlar kolu gəmirib qurtaracaqlar, budaq qırılacaq və o, əjdəhanın ağzına düşəcək. Yolçu bunu görür və bilir ki, onun məhvi qaçınılmazdı. Lakin, o h...