К основному контенту

Psixopat məntiqi

Psixopatı əsas səciyyələndirən cəhət bu şəxslərdə empatiya hissinin yoxluğudur. Beyində olan bu problem sayəsində psixopat özünü qarşısındakı insanın yerinə qoya bilmir, məsələn istəsə götürüb daşı balaca uşağın başına vura bilər, rahatlıqla kimi isə öldürə, xəsarət yetirə, təcavüz edə bilər. Bu o anlama gəlmir ki, bütün psixopatlar cinayətkardır. Sadəcə olaraq onlar öz istəklərinə uyğun davranırlar, özlərini başqalarının yerinə qoymadan, vicdan hissi duymadan. Statistikaya görə hər 100 nəfərdən biri psixopatdır. Bəzi fərziyyələrə görə psixopatiya anadangəlmə pozuntudur və tərbiyyə ilə heç bir əlaqəsi yoxdur. Bəzi fərziyyələrə görə isə bu pozuntu uşaqlıqda alınmış psixoloji travmaların nəticəsidir. Birinci fərziyyəyə görə beyinin emosiyalara cavabdeh olan amiqdala hissəsinin psixopatlarda normal insandan fərqli işləməsidir. Psixopatın beynini skan edərkən normal insanın beyni ilə müqayisədə amiqdala bölgəsinin gözə çarpacaq dərəcədə az aktiv olduğu görsənir.
 
   Əslində bizim başqasına yazığımız gəlmir, bu hərəkəti etsək ədalətsiz olar deyə düşüncəmiz sırf özümüzü başqasının yerinə qoyanda yaranır. Həmin insanla empatiya quranda "bu mənim başıma gəlsə idi necə təsir edərdi" fikrinə cavab olaraq yaranır ədalət mövhumu. Amma insanda empatiyadan başqa eqo "Mən" deyilən bir şey var. Empatiya qurmaq nə qədər yüksək olarsa eqo da bir o qədər aşağı olar, insan özünü deyil qabağındakı insanı əsas götürər. Halbuki, birinci növbədə özümüzü düşünməliyik, öz mənafeyimizi, öz istəklərimizi. Bu baxımdan psixopat düşüncəsi məntiqli gəlir.

   Aşağıda Renata Litvinovanın baş rol aldığı "Жестокость" filminin linki var. Filmin mesajı insan özü üçün yaşamalıdır. Həyatda qazananlar yalnız özü üçün yaşayanlardır. Bizə qarşı qəddar davranan tək insan isə özümüzük.

#цитатыизфильма

— Мне эти деньги не нужны. Я всё это делаю только ради тебя. Понимаешь, у меня же кроме тебя никого нет. И я хочу, чтобы ты взяла эти деньги и была счастлива. А у меня же больше никого нет, получается так, что мне деньги эти не нужны, а... все я делаю только ради тебя...

— Мне не нужна ещё одна мамочка. Извини, но у меня были другие планы. Я хочу жить только для себя!


https://youtu.be/d5Frzt0eCQ0

Psixopatiya haqqında sənədli filmə baxmaq istəsəniz aşağıdakı linklər maraqlı gələ bilər.

https://youtu.be/60vK6Uw9sSE
https://youtu.be/xYemnKEKx0c

Комментарии

Популярные сообщения из этого блога

Məğlubedilməz Türk, Kempelenin şahmat maşını

    "Meğlubedilmez Türk" 1769-cu ildə Volfqanq fon Kempelen tərəfindən hazırlanmış avtomat şahmat maşınıdır. Bu maşın üzərində şahmat lövhəsi olan taxta qutu ve onun arxasında oturan mumdan hazırlanmış türk geyimli fiqurdan ibarətdir. "Məğlubedilməz Türk" bir çox avropa şəhərlərində sərgilənmiş, məşhur şahmatçılar ilə oynamış və oyunların əksəriyətində qalib olmuşdur. "Meğlubedilməz Türk" hətta Napoleonla da oynayaraq ona qalib gəlmişdi.     Bu müəmmalı maşın ilk sərgiləndiyi gündən böyük maraq oyadır, lakin uzun illər onun mexanizminin necə işlədiyi sirr olaraq qalır.    Oyuna başlamazdan əvvəl qutunun qapıları açılaraq onun daxilindəki mürəkkəb mexanizm tamaşaçılara göstərilirdi. Əslində isə qutunun içində güclü şahmat oyunçusu oturur və türkü idarə edirdi. Şahmatçının görsənməməsi üçün qutunun künclərində güzgülərdən ibarət sistem quraşdırılmışdı ki, bu da vizual olaraq şahmatçını gizlədirdi. Şahmatçı rəqibinin oyununu görə bilmədiyi üçün şahmat f...

How to Address Skills Mismatch and Underemployment Problems of Graduate Students in Azerbaijan

  Introduction One of the most problematic issues in Azerbaijan is underemployment of graduate students, which stems from several reasons such as lose connection and cooperation between higher education and labor market, low involvement of labor market representatives in higher education curriculum development and skill mismatch of graduate students. In Azerbaijan, many university students lack a clear understanding of job requirements, how to acquire the necessary skills and certificates, where to look for relevant jobs and internships, and how to network with potential employers. They often receive inadequate guidance from mentors, advisors, or professors in their institutions. Although some students attend career expos to explore potential opportunities, these events are not organized systematically and often yield few tangible results. Good-quality retraining and upskilling opportunities are relatively scarce. The Minister of Education and Science, Emin Amrullayev said at t...

Best documentaries I've ever watched on Youtube

Mathematics is the queen of the sciences https://youtu.be/CurUo_u9XC4 Life that glows- bio-luminescence creatures https://youtu.be/ky1afkt7pE0 Empire of the ants https://youtu.be/RdPsVpD6b08 Human Brain. How smart can we get? https://youtu.be/BE53EkxKWpw Nomadic life https://youtu.be/rH8rZ0txnuY https://youtu.be/0pwwc_5qB9o https://youtu.be/bmUHLX-p_e4 Salvador Dali https://youtu.be/OkGfWZfRzWM TheWorld's most expensive stolen paintings https://youtu.be/eLYJkCct5G8 And some lectures Justice. What is right thing to do https://www.youtube.com/playlist?list=PL30C13C91CFFEFEA6 Human behavioral biology https://www.youtube.com/playlist?list=PL848F2368C90DDC3D Interviews and Ted talks Genetics and intelligence https://youtu.be/lev8dGnxvdw Alain de Botton ~ The School of Life https://youtu.be/DCS6t6NUAGQ https://youtu.be/2Oe6HUgrRlQ Charles Bonnet syndrome https://youtu.be/SgOTaXhbqPQ #BBCdoc #documentary #math #fibonaccinumbers #golden...