К основному контенту

Əjdəha və siçanlar

     
   
       Çöllükdə yırtıcı vəhşi heyvanın əlinə keçən xəbərsiz bir yolçudan bəhs edən belə bir şərq nağılı var. Heyvanın əlindən qaçmaq istəyən yolçu boş quyuya atlanır, amma quyunun dibində ağzını açaraq onu udmağa hazırlaşan əjdəhanı görür. Yazıq yolçu heyvanın onu yeyəcəyindən qorxub quyudan çıxmağa ürək eləmir, nə də quyunun dibinə düşmür ki, əjdəha onu yeyər. Belə ki, o quyunun divarındakı çatın arasıdan bitən kolun budağından yapışaraq üstünə dırmaşır.  Onun qollarındakı gücü zəifləməyə başlayır və anlayır ki, tezliklə özünü onu hər iki tərəfdən gözləyən ölümə təslim edəcək. Buna baxmayaraq o yenə də dırmaşmağa davam edir və birdən ətrafına baxanda görür ki, budağından sallandığı kolun ətrafında davamlı dövrə vuran iki siçan, biri qara, biri ağ, kolu gəmirir. Tez ya da gec onlar kolu gəmirib qurtaracaqlar, budaq qırılacaq və o, əjdəhanın ağzına düşəcək. Yolçu bunu görür və bilir ki, onun məhvi qaçınılmazdı. Lakin, o hələ də budaqdan sallanarkən kolun yarpaqlarından süzülən bal damcılarını görür və dilini uzadıb balı yalayır. Eyni ilə mən də, məni parça-parça etməyə hazırlaşan ölüm əjdəhasının əlindən qaçamağın mümkünsüz olduğunu bilə-bilə həyatın budaqlarından yapışmışam, və mən bu iztirabın içinə necə düşdüyümü anlaya bilmirəm. Bir vaxtlar məni ovunduran bu balı yalamağa çalışıram. Lakin bu bal artıq mənə heç bir zövq vermir, ağ və qara siçan – gündüz və gecə- mən yapışdığım budağı gəmirirlər. Əjdəhanı aydın görürəm və bal daha əvvəlki kimi şirin dadmır mənim üçün. Mən yalnız bir şeyi görürəm, əlindən qurtula bilməyəcəyim əjdəha və siçanları, və gözlərimi onlardan çəkə bilmirəm. Bu nağıl deyil həqiqətdir, təkzibedilməz və hamıya məlum bir həqiqət.

    Həyatın cəlbedici sevincləri əvvəllər mənim əjdahaya olan qorxularımı boğsa da, artıq məni aldada bilmir. Nə qədər mənə deyilməsinə rəğmən: həyatın mənasını anlaya bilmərsən, bu haqda fikirləşmə, yaşa, mən artıq bunu edə bilmirəm, çünki uzun müddət bunu etmişəm. İndi gündüz və gecənin məni təqib edərək ölümümə doğru aparmağını izləməyə dözə bilmirəm. Mənim görə bildiyim tək şey budur.Qalan hər şey isə yalandır.


    Həyatda hər şeydən çox mənim gözlərimi bu acı həqiqətdən yayındıran bu iki damcı bal isə: mənim ailəm və incəsənət adlandırdığım yazılarıma olan sevgim artıq mənim üçün şirin dadmır.



Lev Tolstoy. Etiraflarım.                     

Комментарии

Популярные сообщения из этого блога

Məğlubedilməz Türk, Kempelenin şahmat maşını

    "Meğlubedilmez Türk" 1769-cu ildə Volfqanq fon Kempelen tərəfindən hazırlanmış avtomat şahmat maşınıdır. Bu maşın üzərində şahmat lövhəsi olan taxta qutu ve onun arxasında oturan mumdan hazırlanmış türk geyimli fiqurdan ibarətdir. "Məğlubedilməz Türk" bir çox avropa şəhərlərində sərgilənmiş, məşhur şahmatçılar ilə oynamış və oyunların əksəriyətində qalib olmuşdur. "Meğlubedilməz Türk" hətta Napoleonla da oynayaraq ona qalib gəlmişdi.     Bu müəmmalı maşın ilk sərgiləndiyi gündən böyük maraq oyadır, lakin uzun illər onun mexanizminin necə işlədiyi sirr olaraq qalır.    Oyuna başlamazdan əvvəl qutunun qapıları açılaraq onun daxilindəki mürəkkəb mexanizm tamaşaçılara göstərilirdi. Əslində isə qutunun içində güclü şahmat oyunçusu oturur və türkü idarə edirdi. Şahmatçının görsənməməsi üçün qutunun künclərində güzgülərdən ibarət sistem quraşdırılmışdı ki, bu da vizual olaraq şahmatçını gizlədirdi. Şahmatçı rəqibinin oyununu görə bilmədiyi üçün şahmat f...

İnam və Vicdan hissi nəyə görə var?

  Mənə elə gəlir ki, insanın inam hissinə təbii tələbatı var, necə ki, sevgi hissinə, qidalanmağa tələbətı var.   Qədim zamanlardan, heç dinlərin yaranmadığı dövrlərdə insanlar təbii hadisələrə, bütlərə sitayiş edir, inanır, onlardan kömək istəyirdilər. Bunu qorxu hissi ilə əlaqələndirirlər. Mənim fikrimcə isə qorxudan deyil, qorxunun insanda yaratdığı əlacsızlıq hissidir ki, bu da insanı özündən daha ali, daha güclü bir varlıqdan kömək istəməyə vadar edir. İnsan əlacsız olduqda dərk edir ki, onun əlində olmayan şeylər var, onun idarə edə bilmədiyi.   Hər halda dünyada, qallaktikalarda bu mükəmməl düzəni idarə edən bir qüvvə var. Balaca bir qarışqa yuvasının necə mürəkkəb quruluşa malik olduğunu görmək üçün bu kiçik şüursuz canlılar haqqında hər hansı bir sənədli filmə baxmağınız yetərlidir. Qarışqaları insanlarla, insanları qallaktikalar ilə müqayisə etmək nə qədər gülünc gəlsə də, adi bir qarışqa yuvasını insan beyini idarə edə bilməyəcəyi durumda qallaktikaları...

Axilles və tısbağa

   Qədim yunan filosofu Zenona aid belə bir aporia (məntiqlə düzgün, reallığa uyğun olmayan) var. "Əgər tısbağa müəyyən məsafədə Axillesdən öndədirsə, Axilles heç vaxt tısbağanı ötə bilməz".     Məsələn Axilles tısbağadan 10 dəfə tez gedir və o, tısbağadan 1000 addım geridədir. Axilles mininci addımı atarkən tısbağa yüz addım öndə olacaq, Axilles yüzüncü addımı atarkən tısbağa 10 addım öndə olacaq  və bu sonsuzadək belə davam edəcək, ən xırda hissəciklərə qədər.   Uşaq vaxtı arzularımız olur, bu arzulara çatmağımızın xəyallarını qururuq və gün gəlir çatırıq. Amma yenə də nə isə çatışmır indi gəldiyimiz yerdə. Niyə? Çünki bizim o arzunu arzuladığımız an, o vaxt üçün mükəmməldir. Həmən yaşadığımız andakı "biz" üçün mükəmməldir. Həmən andakı "biz"i Axilles kimi qəbul etsək, min addım "tısbağadan" , yəni,  arzuladığımız yerdən geridə olan "Axilles" kimi, mininci addıma yəni arzumuza çatdığımız vaxtda  "tısbağa", yəni arzuları...