Qeyd: Yazını oxumazdan əvvəl aşağıda play düyməsini basıb müsiqidən həzz alaraq davam etməyiniz məsləhətlidir. 🙂 Məşhur "The professional" filminin soundtracki olan "Shape of my heart" bir çoxları kimi mənim də uşaqlıqdan ən favorit mahnılarımdandır. Mahnı sözlərində poker oyunu üzərindən metaforalardan geniş istifadə edildiyinə və idiomlara görə mahnının mənası o vaxtlar anlaşılmaz qalırdı mənim üçün və "heart" sözünə görə böyük ehtimal sevgidən olduğunu düşünürdüm. Əslində isə bu mahnının mövzusu başqadır. Mahnı sözləri 1993-cü ildə mahnının ifaçısı Sting tərəfindən yazılıb . İfaçının dediyinə görə , o, şansa, uğura aparan yolun sirli məntiqini tapmaq istəyən bir qumarbazın hekayəsindən danışır bu mahnıda. Əslində isə həyatı sorğulayan insanı təsvir edir bu mahnı. Qarşılaşdığımız çətinliklər bizi həyatı sorğulamağa vadar edir. Bəziləri suallarına cavab tapmaq üçün fəlsəfəyə, psixologiya və ya, dinə üz tutsalar da, mahnının qəhrəmanı onlardan fərqli ol...