К основному контенту

IELTS LISTENING

          ‌

İngilis dilində dinləməni artırmaq üçün film izləməkdən çox podkastlara qulaq asmaq daha produktiv olur deyə düşünürəm. Əsasəndə IELTS listening 2 və 3-cü hissələr üçün. Bu hissələrdə söhbətin gedişatını izləmək üçün maksimum diqqət tələb olunur. Podkastları dinləyən zaman çox vaxt söhbətin gedişatını itiririk, mən podkastları dinləyən zaman gedişatı itirdiyimi hiss edən kimi, çalışırdım eşitdiklərimi beynimdə səsləndirim. Bilmirəm bu nədərəcədə kömək edir, lakin xarici dil olduğuna görə çətin yadda qalan sözləri recall etmək üçün daha çox vaxt gedir, sürətli danışarkən isə sözləri eşidirsən, amma sözün mənasını recall etməyə vaxt çatmadan digər sözləri eşidirsən deyə artıq cümlənin davamını anlamaq, mənanı tutmaq çətin olur. Eşitdiyin sözləri təkrarlayan zaman isə beyinə sözün mənası çatana qədər vaxt qazanmış olursan və söhbətin gedişatını da itirmirsən. Dayandıra-dayandıra qulaq asanda isə o effekti almaq olmur və sürəti yığa bilmirsən, məncə dayandırmaq üsulu beyini tənbəlləşdirir. Dinləmə bacarığınız artdıqca podkastların sürətinin artırılması funksiyasından istifadə edə bilərsiniz. Məsələn bir müddət 1.3-1.4 sürətlə podkastlara qulaq asandan sonra Eminemin replərini dinləməklə əvvəl vs sonra müqayisəsi edərək özünüzü yoxlaya bilərsiniz.

‌Play store dan Google Podcasts tədbiqetməsi sizə yardımçı ola bilər.

‌IELTS listening part 1 isə gündəlik dialoqlar əsasında qurulur. Bunun üçün daha çox məsələn youtube dan videolar tapıb nömrələrə qulaq asıb yazmaq, insan, küçə, prospekt adları, hərflərin spellinginə qulaq asıb çox məşq edib, mükəmməl səviyyəyə çatdıra bilərsiniz.

‌

‌Part 4 üçün isə daha çox BBC, DW documentary lər kömək edə bilər. Bu sənədli filmlərdə müxtəlif mövzulara toxunulur: elm, iqtisadiyyat, psixologiya və s. Listening part 4 ilə bərabər reading bölməsində də belə mövzulara toxunulduğu üçün orada olan lüğət bazasının formalaşmasına və ümümi bu movzularda məlumatlı olmağınıza kömək edəcək. Artıq tanış olduğunuz mövzularda isə sözləri tam bilməsəniz belə söhbətin məğzini tutmaq daha rahat olacaq. Çünki artıq beyin bunu həzm edib və yeni deyil.


recall  : bring (a fact, event, or situation) back into one's mind; remember

Комментарии

Популярные сообщения из этого блога

Məğlubedilməz Türk, Kempelenin şahmat maşını

    "Meğlubedilmez Türk" 1769-cu ildə Volfqanq fon Kempelen tərəfindən hazırlanmış avtomat şahmat maşınıdır. Bu maşın üzərində şahmat lövhəsi olan taxta qutu ve onun arxasında oturan mumdan hazırlanmış türk geyimli fiqurdan ibarətdir. "Məğlubedilməz Türk" bir çox avropa şəhərlərində sərgilənmiş, məşhur şahmatçılar ilə oynamış və oyunların əksəriyətində qalib olmuşdur. "Meğlubedilməz Türk" hətta Napoleonla da oynayaraq ona qalib gəlmişdi.     Bu müəmmalı maşın ilk sərgiləndiyi gündən böyük maraq oyadır, lakin uzun illər onun mexanizminin necə işlədiyi sirr olaraq qalır.    Oyuna başlamazdan əvvəl qutunun qapıları açılaraq onun daxilindəki mürəkkəb mexanizm tamaşaçılara göstərilirdi. Əslində isə qutunun içində güclü şahmat oyunçusu oturur və türkü idarə edirdi. Şahmatçının görsənməməsi üçün qutunun künclərində güzgülərdən ibarət sistem quraşdırılmışdı ki, bu da vizual olaraq şahmatçını gizlədirdi. Şahmatçı rəqibinin oyununu görə bilmədiyi üçün şahmat f...

How to Address Skills Mismatch and Underemployment Problems of Graduate Students in Azerbaijan

  Introduction One of the most problematic issues in Azerbaijan is underemployment of graduate students, which stems from several reasons such as lose connection and cooperation between higher education and labor market, low involvement of labor market representatives in higher education curriculum development and skill mismatch of graduate students. In Azerbaijan, many university students lack a clear understanding of job requirements, how to acquire the necessary skills and certificates, where to look for relevant jobs and internships, and how to network with potential employers. They often receive inadequate guidance from mentors, advisors, or professors in their institutions. Although some students attend career expos to explore potential opportunities, these events are not organized systematically and often yield few tangible results. Good-quality retraining and upskilling opportunities are relatively scarce. The Minister of Education and Science, Emin Amrullayev said at t...

İnam və Vicdan hissi nəyə görə var?

  Mənə elə gəlir ki, insanın inam hissinə təbii tələbatı var, necə ki, sevgi hissinə, qidalanmağa tələbətı var.   Qədim zamanlardan, heç dinlərin yaranmadığı dövrlərdə insanlar təbii hadisələrə, bütlərə sitayiş edir, inanır, onlardan kömək istəyirdilər. Bunu qorxu hissi ilə əlaqələndirirlər. Mənim fikrimcə isə qorxudan deyil, qorxunun insanda yaratdığı əlacsızlıq hissidir ki, bu da insanı özündən daha ali, daha güclü bir varlıqdan kömək istəməyə vadar edir. İnsan əlacsız olduqda dərk edir ki, onun əlində olmayan şeylər var, onun idarə edə bilmədiyi.   Hər halda dünyada, qallaktikalarda bu mükəmməl düzəni idarə edən bir qüvvə var. Balaca bir qarışqa yuvasının necə mürəkkəb quruluşa malik olduğunu görmək üçün bu kiçik şüursuz canlılar haqqında hər hansı bir sənədli filmə baxmağınız yetərlidir. Qarışqaları insanlarla, insanları qallaktikalar ilə müqayisə etmək nə qədər gülünc gəlsə də, adi bir qarışqa yuvasını insan beyini idarə edə bilməyəcəyi durumda qallaktikaları...