К основному контенту

Axilles və tısbağa

   Qədim yunan filosofu Zenona aid belə bir aporia (məntiqlə düzgün, reallığa uyğun olmayan) var. "Əgər tısbağa müəyyən məsafədə Axillesdən öndədirsə, Axilles heç vaxt tısbağanı ötə bilməz".

    Məsələn Axilles tısbağadan 10 dəfə tez gedir və o, tısbağadan 1000 addım geridədir. Axilles mininci addımı atarkən tısbağa yüz addım öndə olacaq, Axilles yüzüncü addımı atarkən tısbağa 10 addım öndə olacaq  və bu sonsuzadək belə davam edəcək, ən xırda hissəciklərə qədər.

  Uşaq vaxtı arzularımız olur, bu arzulara çatmağımızın xəyallarını qururuq və gün gəlir çatırıq. Amma yenə də nə isə çatışmır indi gəldiyimiz yerdə. Niyə? Çünki bizim o arzunu arzuladığımız an, o vaxt üçün mükəmməldir. Həmən yaşadığımız andakı "biz" üçün mükəmməldir. Həmən andakı "biz"i Axilles kimi qəbul etsək, min addım "tısbağadan" , yəni,  arzuladığımız yerdən geridə olan "Axilles" kimi, mininci addıma yəni arzumuza çatdığımız vaxtda  "tısbağa", yəni arzularımız artıq yüz addım öndədir.

  İnsan özünü mükəmməlləşdirməyə çalışdıqca nəyin isə hələ də çatışmadığını düşünür. İstər bilik, istər görünüş, bacarıq və davranışlarında, maddiyyat və mənəviyyatda.

 Bəzən fikirləşirik ki, "yox, mən belə təsəvvür etmirdim". Əslində elə belə təsəvvür edirdik, sadəcə olaraq indiki arzularımız daha öndədir. Çünki nə arzular dayanır, nə biz dayanırıq, nə də zaman.
 
  Kaktusa böyümək üçün dibçək, torpaq, su və günəş lazımdır. İnsana yaşamaq üçün nə lazımdır? Bəlkə də az, bəlkə də çox şey. Əlimizdə olanlar ilə xoşbəxt olmaq? Yoxsa arzularımıza can ataraq yaşamaq?

Комментарии

Популярные сообщения из этого блога

Məğlubedilməz Türk, Kempelenin şahmat maşını

    "Meğlubedilmez Türk" 1769-cu ildə Volfqanq fon Kempelen tərəfindən hazırlanmış avtomat şahmat maşınıdır. Bu maşın üzərində şahmat lövhəsi olan taxta qutu ve onun arxasında oturan mumdan hazırlanmış türk geyimli fiqurdan ibarətdir. "Məğlubedilməz Türk" bir çox avropa şəhərlərində sərgilənmiş, məşhur şahmatçılar ilə oynamış və oyunların əksəriyətində qalib olmuşdur. "Meğlubedilməz Türk" hətta Napoleonla da oynayaraq ona qalib gəlmişdi.     Bu müəmmalı maşın ilk sərgiləndiyi gündən böyük maraq oyadır, lakin uzun illər onun mexanizminin necə işlədiyi sirr olaraq qalır.    Oyuna başlamazdan əvvəl qutunun qapıları açılaraq onun daxilindəki mürəkkəb mexanizm tamaşaçılara göstərilirdi. Əslində isə qutunun içində güclü şahmat oyunçusu oturur və türkü idarə edirdi. Şahmatçının görsənməməsi üçün qutunun künclərində güzgülərdən ibarət sistem quraşdırılmışdı ki, bu da vizual olaraq şahmatçını gizlədirdi. Şahmatçı rəqibinin oyununu görə bilmədiyi üçün şahmat f...

İnam və Vicdan hissi nəyə görə var?

  Mənə elə gəlir ki, insanın inam hissinə təbii tələbatı var, necə ki, sevgi hissinə, qidalanmağa tələbətı var.   Qədim zamanlardan, heç dinlərin yaranmadığı dövrlərdə insanlar təbii hadisələrə, bütlərə sitayiş edir, inanır, onlardan kömək istəyirdilər. Bunu qorxu hissi ilə əlaqələndirirlər. Mənim fikrimcə isə qorxudan deyil, qorxunun insanda yaratdığı əlacsızlıq hissidir ki, bu da insanı özündən daha ali, daha güclü bir varlıqdan kömək istəməyə vadar edir. İnsan əlacsız olduqda dərk edir ki, onun əlində olmayan şeylər var, onun idarə edə bilmədiyi.   Hər halda dünyada, qallaktikalarda bu mükəmməl düzəni idarə edən bir qüvvə var. Balaca bir qarışqa yuvasının necə mürəkkəb quruluşa malik olduğunu görmək üçün bu kiçik şüursuz canlılar haqqında hər hansı bir sənədli filmə baxmağınız yetərlidir. Qarışqaları insanlarla, insanları qallaktikalar ilə müqayisə etmək nə qədər gülünc gəlsə də, adi bir qarışqa yuvasını insan beyini idarə edə bilməyəcəyi durumda qallaktikaları...

Təsadüfün müqəddəs həndəsəsi

  Qeyd: Yazını oxumazdan əvvəl aşağıda play düyməsini basıb müsiqidən həzz alaraq davam etməyiniz məsləhətlidir. 🙂 Məşhur "The professional" filminin soundtracki olan "Shape of my heart" bir çoxları kimi mənim də uşaqlıqdan ən favorit mahnılarımdandır. Mahnı sözlərində poker oyunu üzərindən metaforalardan geniş istifadə edildiyinə və idiomlara görə mahnının mənası o vaxtlar anlaşılmaz qalırdı mənim üçün və "heart" sözünə görə böyük ehtimal sevgidən olduğunu düşünürdüm. Əslində isə bu mahnının mövzusu başqadır. Mahnı sözləri 1993-cü ildə mahnının ifaçısı Sting tərəfindən yazılıb . İfaçının dediyinə görə , o, şansa, uğura aparan yolun sirli məntiqini tapmaq istəyən bir qumarbazın hekayəsindən danışır bu mahnıda. Əslində isə həyatı sorğulayan insanı təsvir edir bu mahnı. Qarşılaşdığımız çətinliklər bizi həyatı sorğulamağa vadar edir. Bəziləri suallarına cavab tapmaq üçün fəlsəfəyə, psixologiya və ya, dinə üz tutsalar da, mahnının qəhrəmanı onlardan fərqli ol...