К основному контенту

Сообщения

İnsan kimi doğulduq

Təbiət iranlı qadınlara iri gözəl gözlər bəxş edib, amma bəxtə bax ki, göz açdıqları ölkə İrandı. Məsələn heç britaniyalı qadınlar cazibədar deyillər, amma avropanın mərkəzində dünyaya göz açıblar. Bəxtə filan inanmırıq bəzən, bəs məsələn dəmir reşotkadan baxan filin yerində ola bilərdik, biz isə insan kimi doğulduq. 

Psixopat məntiqi

Psixopatı əsas səciyyələndirən cəhət bu şəxslərdə empatiya hissinin yoxluğudur. Beyində olan bu problem sayəsində psixopat özünü qarşısındakı insanın yerinə qoya bilmir, məsələn istəsə götürüb daşı balaca uşağın başına vura bilər, rahatlıqla kimi isə öldürə, xəsarət yetirə, təcavüz edə bilər. Bu o anlama gəlmir ki, bütün psixopatlar cinayətkardır. Sadəcə olaraq onlar öz istəklərinə uyğun davranırlar, özlərini başqalarının yerinə qoymadan, vicdan hissi duymadan. Statistikaya görə hər 100 nəfərdən biri psixopatdır. Bəzi fərziyyələrə görə psixopatiya anadangəlmə pozuntudur və tərbiyyə ilə heç bir əlaqəsi yoxdur. Bəzi fərziyyələrə görə isə bu pozuntu uşaqlıqda alınmış psixoloji travmaların nəticəsidir. Birinci fərziyyəyə görə beyinin emosiyalara cavabdeh olan amiqdala hissəsinin psixopatlarda normal insandan fərqli işləməsidir. Psixopatın beynini skan edərkən normal insanın beyni ilə müqayisədə amiqdala bölgəsinin gözə çarpacaq dərəcədə az aktiv olduğu görsənir.      Əsl...

Əjdəha və siçanlar

                 Çöllükdə yırtıcı vəhşi heyvanın əlinə keçən xəbərsiz bir yolçudan bəhs edən belə bir şərq nağılı var. Heyvanın əlindən qaçmaq istəyən yolçu boş quyuya atlanır, amma quyunun dibində ağzını açaraq onu udmağa hazırlaşan əjdəhanı görür. Yazıq yolçu heyvanın onu yeyəcəyindən qorxub quyudan çıxmağa ürək eləmir, nə də quyunun dibinə düşmür ki, əjdəha onu yeyər. Belə ki, o quyunun divarındakı çatın arasıdan bitən kolun budağından yapışaraq üstünə dırmaşır.  Onun qollarındakı gücü zəifləməyə başlayır və anlayır ki, tezliklə özünü onu hər iki tərəfdən gözləyən ölümə təslim edəcək. Buna baxmayaraq o yenə də dırmaşmağa davam edir və birdən ətrafına baxanda görür ki, budağından sallandığı kolun ətrafında davamlı dövrə vuran iki siçan, biri qara, biri ağ, kolu gəmirir. Tez ya da gec onlar kolu gəmirib qurtaracaqlar, budaq qırılacaq və o, əjdəhanın ağzına düşəcək. Yolçu bunu görür və bilir ki, onun məhvi qaçınılmazdı. Lakin, o h...

ABŞ agentlərinin həbsinə səbəb olan kiçik detal

Soyuq müharibə zamanı agentlərin ən əhəmiyyətli silahları saxta pasportlar sayılırdı. ABŞ və SSRİ gizli xidmət orqanları, öz agentləri üçün pasport hazırlayarkən bütün xırda detallara, hətta ən əhəmiyyətsiz məqamlara belə ciddi fikir verirdilər. Çünki pasportların saxta olduqları üzə çıxarsa heç şübhəsiz ki, onların agentləri düşmən ölkə tərəfindən həbs olunacaqdı. Lakin pasportları hazırlayan zaman amerikalılar ilk baxışda çox əhəmiyyətsiz görünən, əslində isə çox böyük bir səhv edirlər. Səhv isə “skrepka”lar idi. Sovet pasportlarında istifadə olunan skrepkalar keyfiyyətsiz metaldan hazırlandığına görə bir müddət sonra paslanırdı. Ona görə də bütün sovet vətəndaşlarının pasportlarındakı skrepkalar paslı idi. amerikanlar isə öz agentləri üçün saxta passport hazırlayanda paslanmaz poladdan istifadə edirdi. Bu səbəbdən də bu pasportların skrepkaları parlaq qalırdı. Bu da həmin sənədləri yoxlayan şəxslərə “bu saxta sənəd ola bilər“-deyə bir işarə idi. Nəticədə bu səhv aşkarlanıb dü...

Perfeksionizm intihara gətirib çıxarırmı?

   İntiharların ən yüksək həddə çatdığı ölkələrdən biri Cənubi Koreya sayılır. Cənubi Koreya OECD ölkələri arasında intihar sayina görə birinci yerdədir.    Perfeksionizm koreyalıların xarakterik xüsusiyyətdir. İdeal çəkidə olmaq, ideal dəriyə sahib olmaq, üz cizgilərinin mükəmməl olması, statistikaya görə hər 5 koreyalı qadından biri həyatında ən azı bir dəfə plastik əməliyyat olunub, Seul plastik cərrahiyyənin paytaxtı sayılır. Fikir versəz hətta selfie üçün foto-proqramların əksəriyyəti belə koreya istehsalıdır. Bu proqramlar vasitəsi ilə üzünüzün ovalından tutmuş, dodaqlarınızın formasına qədər dəyişikliklər edə bilərsiniz.     Həmçinin koreyalılar yüksək səviyyədə təhsilə böyük önəm verir və çox karyerist insanlardırlar. Belə bir cəmiyyətin nə mənfi cəhəti ola bilər ki? sualı yaranır. Statistikaya nəzər salaq: Mükəmməl təhsil sisteminə sahib olan bu ölkə tələbə intiharlarının sayına görə dünya üzrə 2-ci yerdədir. Bu ölkə həmçinin yüksək stressl...

Məğlubedilməz Türk, Kempelenin şahmat maşını

    "Meğlubedilmez Türk" 1769-cu ildə Volfqanq fon Kempelen tərəfindən hazırlanmış avtomat şahmat maşınıdır. Bu maşın üzərində şahmat lövhəsi olan taxta qutu ve onun arxasında oturan mumdan hazırlanmış türk geyimli fiqurdan ibarətdir. "Məğlubedilməz Türk" bir çox avropa şəhərlərində sərgilənmiş, məşhur şahmatçılar ilə oynamış və oyunların əksəriyətində qalib olmuşdur. "Meğlubedilməz Türk" hətta Napoleonla da oynayaraq ona qalib gəlmişdi.     Bu müəmmalı maşın ilk sərgiləndiyi gündən böyük maraq oyadır, lakin uzun illər onun mexanizminin necə işlədiyi sirr olaraq qalır.    Oyuna başlamazdan əvvəl qutunun qapıları açılaraq onun daxilindəki mürəkkəb mexanizm tamaşaçılara göstərilirdi. Əslində isə qutunun içində güclü şahmat oyunçusu oturur və türkü idarə edirdi. Şahmatçının görsənməməsi üçün qutunun künclərində güzgülərdən ibarət sistem quraşdırılmışdı ki, bu da vizual olaraq şahmatçını gizlədirdi. Şahmatçı rəqibinin oyununu görə bilmədiyi üçün şahmat f...

Qurduğumuz düsturlar nəticə verməyəndə

   Həyatının hansısa mərhələsində əminliklə düz saydığın addımlar səni bəzən elə bir boş və mənasız yerə gətirib çıxarır ki, o zaman nə üçün bunu düzgün saydığını belə anlamırsan. Bəlkə də yenə həmin vaxtları yaşasan yenə də eyni qərarları verəcəksən. Çünki, biz hansısa çox uzun müddətli bir plan cıza bilmirik həyatımız üçün. Hətta belə bir plan cızdığımızı düşünsək belə olmur. Sadəcə olaraq yaşadığımız anda, real prosesdə qarşımıza çıxan hadisələrə göstərdiyimiz reaksiyaların nəticələridir indi gəldiyimiz, olduğumuz yer. Bu qərarlar həmin an üçün ən uyğun və qaçılmaz qərar sayılırdı. Və bu qərarları belə fikirləşməyə vadar edən təkcə bizim ağlımız deyil, həm də bizə təsir edən real vəziyyətdir.    Bəlkə də səbəb xasiyyətimizdə olan mənfi cəhətlərdir, ya da beynimizdə qurduğumuz sərhədlər və çərçivələr. Bəlkə də əlimizdə olan imkanlar bundan artığını icazə vermir.